...

AFFA Azərbaycan çempionatının 9-cu turunun bir sıra oyunlarını təxirə salıb

Cəmiyyət Materials 26 Oktyabr 2006 11:15 (UTC +04:00)

AFFA Azərbaycan çempionatının 9-cu turu çərçivəsində yaxın istirahət günlərində keçiriləcək iki oyunu daha gec müddətə təxirə salıb.

Yarışların keçirilməsi üzrə departamentin rəhbəri Məlik Həsənovun Trend ə verdiyi məlumata görə, "Olimpik" - "Şahdağ" və "Turan" - "Qarabağ" görüşləri birinciliyin boş təqvim günlərindən birində keçiriləcək. ""Şahdağ" və "Turan" klubları aparıcı futbolçularının Avropa birinciliyinin seçmə turnirində çıxış edəcək yeniyetmələrdən ibarət yığmaya (U-19) getməsi ilə əlaqədar oyunların təxirə salınması xahişi ilə bizə müraciət edib. Buna görə də biz bu komandalara kömək etməyi qərara aldıq. Onların rəqibləri də bu addımı anlayışla qarşılayıb", - deyə M.Həsənov qeyd edib.

Xatırladaq ki, oynanılmış 8 turdan sonra çempionatda liderliyi "Xəzər" klubunu 2 xal qabaqlayan "Karvan" əldə edib.

Xəbər lenti

Xəbər lenti