...

Səhiyyə naziri İslandiyanın ÜST baş direktoru vəzifəsinə namizədi ilə görüşüb

Cəmiyyət Materials 27 Oktyabr 2006 17:47 (UTC +04:00)

Bu gün səhiyyə naziri Oqtay Şirəliyev İslandiyanın Səhiyyə və Sosial Sığorta Nazirliyinin Daimi Katibi, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru vəzifəsinə namizəd David Gunnarssonu qəbul edib. Trend in Səhiyyə Nazirliyinin məlumatına istinadən xəbər verdiyi kimi, görüş zamanı nazir David Gunnarssonun həm ÜST-nin administrasiyasına rəhbərlik etdiyi, həm də İcraiyyə Komitəsinin sədri vəzifəsinin icraçısı olduğu bir il müddətində böyük işlər gördüyünü bildirib. O.Şirəliyev həmçinin səhiyyənin inkişafında beynəlxalq qurumların, o cümlədən ÜST-in dəstəyinin vacib olduğunu qeyd edib.

David Gunnarsson ilk olaraq Azərbaycana gəldiyi üçün çox məmnun olduğunu bildirib. Onun sözlərinə görə, hər iki ölkə arasında əməkdaşlığın inkişafı perspektləri mövcuddur.

Bu günlərdə O. Şirəliyev həmçinin Meksikanın səhiyyə naziri, ÜST baş direktoru vəzifəsinə namizəd Xulio Frenk və Türkiyədən olan namizəd Tomris Turmenlə görüşüb.

O.Şirəliyev ÜST İcraiyyə Komitəsinin vitse-prezidentidir.

ÜST-nin baş direktoru vəzifəsinə seçkilər bu il noyabrın 6-9-da Cenevrədə keçiriləcək.

İcraiyyə Komitəsi tərəfindən baş direktor vəzifəsinə namizəd qismində irləi sürülməsi üçün təşkilata üzv olan dövlətlər tərəfindən təklif olunan şəxslərin siyahısı aşağıdadır:

1.Kazem Behbehani (Küveytin təklifi)

2.Margaret Chan (Çinin təklifi)

3.Julio Frenk (Meksikanın təklifi)

4.David A. Gunnarsson (İslandiyanın təklifi)

5.Nay Htun (Myanmanın təklifi)

6.Karam Karam (Siriya Ərəb Respublikasının təklifi)

7.Bernard Kouchner (Fransanın təklifi)

8.Pascoal Manuel Mocumbi (Mozambikin təklifi)

9.Shigeru Omi (Yaponiyanın təklifi)

10.Alfredo Palacio Gonzalez (Gkvadorun təklifi)

11.Pekka Puska (Finlandiyanıntəklifi)

12.Elena Salgado Mandez (İspaniyanın təklifi)

13.Tomris Turmen (Türkiyənin təklifi).

Xəbər lenti

Xəbər lenti