...

IFBB konqresi bodibildinq üzrə 2007-ci il Avropa çempionatının paytaxtı kimi Bakının namizədliyini təsdiq edəcək

Cəmiyyət Materials 28 Oktyabr 2006 14:34 (UTC +04:00)

İstirahət günləri Ostravda (Çexiya) keçiriləcək Beynəlxalq Bodibildinq Federasiyası Konqresində (IFBB) Bakı rəsmi şəkildə 2007-ci il Avropa çempionatının təşkilatçısı qismində təsdiq olunacaq.

Milli Federasiyanın (FBBA) prezidenti Rauf Bünyatəliyevin Trend ə verdiyi xəbərə görə, tədbir zamanı qitə birinciliyində iştirak etmək üçün dəvətnamələr paylanacaq, eləcə də Azərbaycanın panoraması və tarixi ilə təqdimat çarxı göstəriləcək. "Yarışın Bakıda keçirilməsi haqqında məsələ qəti surətdə həll olunub, həm də 2001-ci ildə Avropa çempionatının paytaxtda keçirildiyini nəzərə alaraq, Beynəlxalq və Avropa Federasiyasının rəhbərliyi bizim təşkilatçılıq imkanlarımızdan xəbərdardır", - deyə R.Bünyatəliyev bildirib.

Xatırladaq ki, bu günlərdə Ostravda paralel olaraq Dünya çempionatı da keçiriləcək və burada respublikamızı Vüqar Verdiyev və Rövşən Quliyev (hər ikisi 90 kq çəki kateqoriyası üzrə) təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti