...

Elmar Hüseynovun adı "Sərhədsiz reportyorlar" təşkilatı tərəfindən əbədiləşdirilib

Cəmiyyət Materials 31 Oktyabr 2006 16:10 (UTC +04:00)

2005-ci ildə qətlə yetirilmiş Azərbaycanın məşhur jurnalisti, "Monitor" jurnalının redaktoru Elmar Hüseynovun adı "Sərhədsiz reportyorlar" təşkilatı tərəfindən əbədiləşdirilib. Bu barədə Trend ə Fransanın Azərbaycandakı səfirliyindən məlumat veriblər.

Səfirliyin məlumatına görə, "Sərhədsiz reportyorlar" təşkilatı və Fransanın Bae (Norman) şəhərinin administrasiyası 1944-cü il oktyabr ayının 7-dən bəri xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş jurnalistlərin xatirəsini əbədiləşdirmək haqqında qərar qəbul edib. Həlak olmuş jurnalistlərin xatirəsinə abidə uçaldılacaq. Elmar Hüseynovun adı jurnalistlərin siyahısına daxil edilib.

Xəbər lenti

Xəbər lenti