...

Baş məşqçi: Üç qızıl medalın qazanılmasını parlaq nəticə hesab edirəm

Cəmiyyət Materials 31 Oktyabr 2006 20:56 (UTC +04:00)

"Hərbi qulluqçular arasında dünya çempionatında üç qızıl medalın qazanılmasını parlaq nəticə hesab edirəm". Bu barədə Trend ə Yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının baş məşqçisi Elçin Cəfərov yetirmələrinin Bakıdakı yarışlarda çıxışlarını şərh edərkən açıqlayıb.

Məşqçi etiraf edib ki, daha çox onu finalda türkiyəli rəqibi üzərində parlaq şəkildə qələbə qazanan Rövşən Bayramovun (55 kq) çıxışı sevindirib. "Bu gün Rövşən Azərbaycanın ən texniki güləşçilərindən biridir. Yarışlarda və məşqlərdə o, elə effektiv priyomlar yerinə yetirir ki, mən buna görə 5 deyil, 15 xal verərdim", - deyə E. Gəfərov etiraf edib.

Məşqçi qeyd edib ki, mövsüm ərzində Elburus Məmmədovun çıxışı onun tərəfindən bir neçə dəfə məzəmmət olunub, amma Bakıdakı yarışda "qızıl" qazanmaqla o, qismən bəraət qazana bilib.

Xəbər lenti

Xəbər lenti