...

Teleradio Şurasının sədri lisenziyanın dəyəri ilə bağlı Nazirlər Kabinetinə məktub göndərib

Cəmiyyət Materials 1 Noyabr 2006 18:22 (UTC +04:00)

Noyabrın 1-də Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli telekanallara verilən lisenziyanın yeni dəyərinin müəyyənləşdirilməsi ilə bağlı Nazirlər Kabinetinə məktub göndərib. Bu barədə Trend ə Nuşirəvan Məhərəmli məlumat verib.

O bildirib ki, hökumətdən lisenziyanın məbləği məsələsini həll etməyi xahiş edib. Müraciətdə həmçinin Teleradio Şurasının təklifləri təqdim olunub. N.Məhərrəmlinin sözlərinə görə, regional kanallar üçün lisenziya dəyəri Bakı şəhərindən ölkə ərazisinə yayımlanan kanalların lisenziyanın qiymətindən xeyli dərəcədə fərqli olmalıdır: "Çünki telekanallar üçün lisenziya dəyəri müəyyənləşərkən ərazi, əhalinin sayı, iqtisadi potensial və digər amillər nəzərə alınmalıdır. Azərbaycan ərzisində ümumrespublika, regional, Bakı üzrə, kabel şəbəkəsi üzrə, peyk vasitəsilə yayımlar var, həmçinin xarici kanalların, onların yerli studiyalarının yayımları və digər formada yayımlar mövcuddur. Xarici kanalların Azərbaycanda yayımı üçün lisenziya dəyərinin 85 min yeni Azərbaycan manatına bərabər olması təklif edilir. Milli telekanallar isə 40-50 min manat olması təklif edilir. Təbii ki, Nazirlər Kabineti bu təklifləri qəbul edə də, etməyə də bilər".

N.Məhərrəmli bildirib ki, məsəlinin ciddiliyini nəzərə alaraq Nazirlər Kabinetindən müraciətə tez bir zamanda baxması xahiş edilib: "Xahiş etmişik ki, Nazirlər Kabineti özünün müstəsna səlahiyyətindən istifadə edərək teleradio yayımı ilə bağlı ayrıca bir sərəncam imzalasın və lisenziya dəyərini müəyyənləşdirsin".

Xəbər lenti

Xəbər lenti