...

Bədii gimnastika üzrə Azərbaycan komandası Quba Olimpiya Kompleksində təlim-məşq toplanışları keçirir

Cəmiyyət Materials 6 Noyabr 2006 19:34 (UTC +04:00)

Bədii gimnastika üzrə Azərbaycan komandası Quba Olimpiya Kompleksində qrup halında təlim-məşq toplanışları keçirir. Trend -ə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinin verdiyi xəbərə görə, əsas tərkibdə gimnastların qrupunda Vəfa Hüseynova, Anna Bitiyeva, Valeri Yeqay, Alina Trepina, həmçinin ehtiyat oyunçular - Səbinə Alxazova və Samirə Əliyeva Miedə (Yaponiya) keçiriləcək dünya kubokunun finalına hazırlaşırlar.

"Bu məşqlərdə diqqəti daha çox lentlərə veririk" -yığmanın rəhbəri Natalya Nərimanova qeyd edib - Axı bizim komanda Yaponiyada məhz onlarla çıxış edəcək. Düşünürəm ki, həmkarım Natalya Dmitrova ilə bu məşqləri mürəkkəbləşdirəcəyik, daha çox artisizm və texniki əlavələr edəcəyik. Lakin bu heç vəchlə o demək deyil ki, ikinci gürzlərlə məşqlərin yerinə yetirməsindən imtina edirik. Kiçik bir sirr açım - hətta biz vərdənə ilə də məşqlərə başlamışıq ki, gələn il lentləri onunla əvəz edəcəyik və onlarla Avropa və dünya çempionatlarında və inşallah olimpiya oyunlarında çıxış edəcəyik.

Bu zamana kimi, Respublika Olimpiya İdman Liseyində idman gimnastikası üzrə Bakı çempionatı başa çatıb. Turnirdə MOİK, gimnastika litseyi və məktəbindən 30-dan çox idmançı iştirak edib. Bütün çempionlar absolyut hesablama yolu ilə müəyyənləşib".

İdman ustaları arasında birinci yeri Danimarkada keçirilən dünya çempionatında 94,6 bal toplayan Teymur Şahlamazov tutub. Xatırladaq ki, gimnast dünya çempionatının tələblərinə cavab verə və final yarışlarında çıxış edə bilməyib.

Ustalığa namizədlərdən ən yaxşı Fərrux Dadaşov çıxış edib. Onun 87,7 xalı var. Yarışlarda birinci dərəcəli pyedestalın yüksək pilləsinə 94,9 bal toplayan Eldar Cəfərov qalxıb. Turnirdə ikinci dərəcəlilər arasında birinci yeri Yevqeni Samarkin tutub. Onun aktivində 109,05 xalı var. Üçüncü dərəcədə isə öndə 54,7 xalla Emil İsmayılov gedib. Gimnastlar üçün növbəti yarış noyabrın sonunda keçiriləcək Azərbaycan çempionatı olacaq.

Xəbər lenti

Xəbər lenti