...

Voleybolçu Valeriya Korotenko Dünya çempionatının ən yaxşı liberoları arasında ikinci yerə çıxıb

Cəmiyyət Materials 11 Noyabr 2006 11:15 (UTC +04:00)

Azərbaycanlı voleybolçu Valeriya Korotenko Yaponiyada keçirilən Dünya çempionatında ən yaxşı liberolar arasında öz mövqeyini yaxşılaşdırıb.

Trend xəbər verir ki, ikinci qrup mərhələsinin ilk oyunlarından sonra V.Korotenko statistik bölgüdə üçüncü yerdən ikinci yerə qalxıb. İndi o, rusiyalı Svetlana Kryuçkova, polşalı Mariola Zenik, Almaniyadan olan Kerstin Tserlixi və başqalarını qabaqlayaraq, yalnız yarışmanın sahibi Kaoru Suqayamadan geri qalır. Bu halda Valeriya ən yaxşı qəbul edənlərin reytinqində də üçüncü yerdə qərarlaşaraq, aparıcı mövqe tutur.

Eyni zamanda forvard Natalya Məmmədova artıq bormbardirlər arasında beşinci yerə qalxıb. Bu siyahıda alman Angelina Qryun və Türkiyədən olan Neslihan Dəmir hər biri yüz on doqquz xal yığaraq, liderlik edirlər.

Xəbər lenti

Xəbər lenti