...

Avropa məhkəməsi Fəhmin Hacıyevin işi üzrə hökm çıxarıb

Cəmiyyət Materials 16 Noyabr 2006 18:12 (UTC +04:00)

Noyabrın 16-da İnsan haqları üzrə Avropa məhkəməst 1959-cu il təvəllüdlü və Bakıda yaşayan Azərbaycan vətəndaşı Fəhmin Hacıyevin işinə baxıb. Bu barədə Trend Məhkəmənin məlumatına istinadən xəbər verir.

Məlumatda qeyd olunub ki, F.Hacıyev Xalq Cəbhəsi siyasi hərəkatının fəalıdır və ölkənin müstəqillik əldə etməsi uğrunda mübarizədə başlıca rol oynayıb. 1992-ci ildə Xalq Cəbhəsi hakimiyyətə gələndə F.Hacıyev bir sıra yüksək hərbi vəzifələr tutub və 1993-cü ildə OMON komandiri olub.

F.Hacıyev Avropa məhkəməsinə bildirib ki, 1993-cü ildə Xalq Cəbhəsi siyasi qüvvəsini itirdikdən sonra o, həbs olunub. 1995-ci ilin avqust ayında Ali məhkəmənin Hərbi palatası ölüm cəhdi və digər cinayətlərə görə onu 10 il müddətinə həbs edib. 1996-cı ilin iyun ayında həmin məhkəmə Ermənistanın Azərbaycanın Xocalı rayonunu işğal etməsi zamanı fəaliyyətsizliyinə görə məhkum edib və ona 15 illik həbs cəzası təyin edib. O qeyd edib ki, 2 ildən sonra Apelyasiya məhkəməsi ona xəbərdarlıq edib ki, yeni Cinayət-Prosessual Məcəllənin qəbul olunması ilə bağlı onlar onun işinə baxa bilmir və Ali məhkəməyə müraciət etməsini məsləhət görüblər. Nəticədə F.Hacıyev əfv edilib və həbsdən azad edilib.

İddia əsasında Məhkəmə qərar çıxarıb ki, Apellyasiya məhkəməsi iddiaçının öz hüquqlarından istifadə edə bilməsi üçün tədbir görməli idi və o, Ali məhkəməyə müraciət etməyə məcbur olmamalı idi.

İddiaçının hüquqlarının məhdudlaşdırıldığı barədə qərara gələn Məhkəmə yekdilliklə hesab edir ki, bu işdə pozuntuya yol verilib. Bununla bağlı Məhkəmə iddaçıya dəymiş ziyana görə 3000 avro məbləğində və məhkəmə xərclərinə görə 2500 avro məbləğində vəsaitin verilməsi haqqında qərar çıxarıb.

Xəbər lenti

Xəbər lenti