"AzərReyl" qadın voleybol klubu noyabrın 28-də keçiriləcək Çempionlar Liqasına hazırlığa başlayıb.
Milli Federasiyadan Trend ə verilən məlumata görə, bir həftədən sonra İtaliyanın "Skavolini" klubu ilə ev görüşünü nəzərə alaraq, komanda təlim-məşq toplanışlarını Bakıda keçirir. Hazırda voleybolçuların məşqləri daha çox bərpa xarakteri daşıyır. Belə ki, yığma Yaponiyada keçirilmiş dünya çempionatında çıxışını elə bu yaxınlarda başa vurub. Buna görə də klubun qarşıdakı məsuliyyətli görüşlərə funksional hazırlığı ilk növbədə başda Faiq Qarayev olmaqla məşqçi qərargahını narahat edir.
Xatırladaq ki, ötən mövsümarasında "AzərReyl"in heyəti yalnız belaruslu legioner Alyona Qurkova ilə möhkəmlənib.