...

Teleradio Şurası ANS-in öz tezliyinə elan olunan müsabiqədə iştirak edib-etməyəcəyinə dair qərar çıxaracaq

Cəmiyyət Materials 28 Noyabr 2006 13:55 (UTC +04:00)

Milli Televiziya və Radio Şurası noyabrın 29-da ANS televiziyası və ANS-CM radiosunun tezliyinə müsabiqə elan olunması barədə qərar çıxaracaq. Bu barədə Trend ə Teleradio Şurasından məlumat verilib.

Qeyd edək ki, bu məsələ ilə bağlı bu gün-noyabrın 28-də Şuranın iclası keçirilməli idi. lakin bu gün iclas təxirə salınıb və ertəsi gün keçirilməsi nəzərdə tutulur. Teleradio Şursından bildirilib ki, iclas sabah da baş tutmasa, növbəti günə keçiriləcək. ANS-in tezliyinə müsabiqə elan olunması bu həftə həllini tapacaq.

İclasda müsabiqənin şərtləri müəyyəndəşdiriləcək və qərar rəsmi dövlət qəzetlərində elan olunacaq. Həmçinin ANS-in özünün bu müsabiqədə iştirak edə bilib-bilməməsi də müzakirə olunacaq və konkret hal üçün qərar çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti