...

"Azadlıq" qəzetinin əməkdaşı Mirzə Sakitin apellyaisya şikayətinə dair məhkəmə baxışı dekabrın 15-də keçiriləcək

Cəmiyyət Materials 1 Dekabr 2006 15:12 (UTC +04:00)

Dekabrın 15-də "Azadlıq" qəzetinin həbsdə olan əməkdaşı Mirzə Sakitin apellyasiya şikayətinə dair məhkəmə baxışı keçiriləcək. Trend xəbər verir ki, bu barədə qərar dekabrın 1-də Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsində keçirilən hazırlıq iclasında qəbul edilib.

Məhkəmə iclasına hakim Lətif Nəbiyev sədrlik edir.

Mirzə Sakit narkotik vasitədən istifadədə təqsirləndirilərək oktyabrın 4-də Ağır Cinayətlərə Dair İşlər üzrə məhkəmənin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər lenti

Xəbər lenti