...

ATƏT-in Bakı ofisində siyasi məhbus məsələləri üzrə işçi qrupun növbəti iclası keçirilib

Cəmiyyət Materials 4 Dekabr 2006 17:02 (UTC +04:00)

Bu gün ATƏT-in Bakı ofisində siyasi məhbus məsələləri üzrə işçi qrupun növbəti iclası keçirilib. Bu barədə Trend ə Azərbaycan XİN mətbuat və informasiya siyasəti idarəsinin rəisi Tahir Tağızadə məlumat verib.

T.Tağızadə bildirib ki, görüş zamanı hüquq müdafiəçiləri bu sahədəki vəziyyətlə bağlı fikirlərini bölüşüb, problemə dair öz baxışlarını dövlət orqanları nümayəndələrinin nəzərinə çatdırıb, siyasi məhbus hesab edilən şəxslərin siyahısındakı konkret adları müzakirə ediblər. Həmçinin əfv barədə sonuncu fərmana dair münasibətlərini də bildiriblər.

XİN nümayəndəsi həmçinin bildirib ki, hüquq müdafiəçiləri tərəifndən təqdim olunan yeni adlar Azərbaycanın müvafiq orqanlarının nümayəndələri tərəfindən nəzərə alınıb və Prezident Aparatı, Milli Məclis, Ədliyyə Nazirliyi, DİN, Prokurorluq onlarla məşğul olacaq.

Xəbər lenti

Xəbər lenti