...

Azərbaycan futbol yığmasının keçmiş kapitanının Rusiyada məşqçi işinə dəvət olunması məsələsi ilin sonunadək həll olunacaq

Cəmiyyət Materials 6 Dekabr 2006 17:00 (UTC +04:00)

Azərbaycanın futbol yığmasının keçmiş kapitanı Nazim Süleymanovun məşqçi qismində Rusiya klublarından birinə dəvət olunması məsələsi bu ilin sonunadək həll olunmalıdır.

Keçmiş hücumçunun Trend ə verdiyi xəbərə görə, hazırda onun işi ilə bağlı fəal danışıqlar aparılır, bu halda o, klubların konkret adlarını deməyib. "Hazırda mən gözləmə mövqedəyəm, lakin əminliklə deyə bilərəm ki, ilin sonunadək bütün məsələlər həll olunacaq", - deyə N.Süleymanov qeyd edib.

Maraqlıdır ki, Nazimin Soçinin "Jemçujina" klubunda məşqçi stajını nəzərə alaraq, o, artıq Rusiya komandaları ilə müəyyən iş təcrübəsinə malikdir. Moskvada Ali Məşqçi məktəbini bitirən yığmanın keçmiş kapitanı Azərbaycanda iki dəfə "Xəzər-Lənkəran" komandasının başında durub.

Xəbər lenti

Xəbər lenti