...

Avropa Şurası İşgəncələrin qarşısının alınması üzrə Komitəsi Azərbaycan üzrə hesabatını açıqlayıb

Cəmiyyət Materials 6 Dekabr 2006 17:51 (UTC +04:00)

Avropa Şurasının İşgəncələrin qarşısının alınması və rəhmsiz və ya ləyaqəti alçaldan münasibət və ya cəza Komitəsinin nümayəndə heyətinin (İQK) noyabrın 20-də başlamış və on bir gün ərzində davam edən Azərbaycana ikinci müntəzəm səfəri zamanı onlar monitorinqin yekunları üzrə hesabatı Azərbaycanın hökümət orqanlarına təqdim edib. Trend xəbər verir ki, bu barədə Komitənin məlumatında qeyd olunub.

İnformasiyada qeyd olunub ki, nümayəndə heyəti 2002-ci ildə ölkəyə səfəri zamanı gördüyü vəziyyətlə müqayisədə İQK-nin tövsiyyələri həyata keçirildikdən sonra irəliləyişin olduğunu müşahidə edib. Nümayəndə heyəti polisin məhbuslarla davranması ilə bağlı vəziyyəti və müvəqqəti saxlanma yerlərindəki şəraiti öyrənib. Ömürlük və uzun müddətə həbs olunmuş məhbuslarla münasibətə və rejimə xüsusi diqqət ayrılıb.

Səfər həmçinin psixiatriya müəssisələrindəki vəziyyəti və psixi çatışmazlıqları olan pasientlərə qarşı tətbiq olunan "Psixiatriya yardımı haqqında" qanun çərçivəsində müdafiənin hüquqi tədbirlərini öyrənməyə imkan verəcək.

Nümayəndə heyəti Ədliyyə, Xarici İşlər, Səhiyyə nazirlikləri, Azərbaycan ombudsmanı, eləcə də qeyri-hökümət təşkilatları ilə məsləhətləşmələr aparıb.

Xəbər lenti

Xəbər lenti