...

AMEA və CERN nüvə fizikası sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdırlar

Cəmiyyət Materials 6 Dekabr 2006 18:28 (UTC +04:00)

Dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda Avropa Nüvə Tədqiqatları Mərkəzinin (CERN) nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə çıxış edən institutun direktoru Arif Həşimov bildirib ki, görüşün əsas məqsədi AMEA ilə CERN arasında nüvə fizikası sahəsində əməkdaşlığı inkişaf etdirmək və gələcəkdə birgə görüləcək işlərin perspektivlərini dəqiqləşdirməkdir. O, həmçinin Azərbaycanın bu beynəlxalq təşkilata üzv olduğunu nəzərə çatdırıb. A.Həşimov sözügedən mərkəzlə Azərbaycan arasında artıq dövlət səviyyəsində müqavilə imzalandığını da qeyd edib.

Elementar hissəciklər fizikası üzrə ən mühüm müasir eksperimentlərdən olan ATLAS eksperimentinin rəhbəri Piter Ceni bu təşkilatda 7500 elm adamının fəaliyyət göstərdiyini qeyd edib və onların fundamental elmlə məşğul olduqlarını bildirib.

Sonra məşhur nəzəriyyəçi-fizik, beynəlxalq əməkdaşlığa məsul, CERN direktorluğunun əməkdaşı Conatan Ellis, CERN-in beynəlxalq məsələlər üzrə şöbə rəhbəri Nikolas Kolberq, Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) baş elmi katibi Nikolay Rusakoviç çıxış edib.

Görüşdə BNTİ-nin vitse-direktoru Mixail İtkis və maliyyə-iqtisadiyyat işləri üzrə direktor köməkçisi Iiktor Katrasev iştirak edib.

Xəbər lenti

Xəbər lenti