...

Azərbaycanın islah müəssisələrində, demək olar ki, istehsalat yoxdur

Cəmiyyət Materials 8 Dekabr 2006 16:27 (UTC +04:00)

Hazırda bir çox məhkumlar, demək olar ki, istehsalatla məşğul olmurlar. Bu barədə Ədliyyə Nazirliyinin insan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov bildirib.

Onun sözlərinə görə, hazırda penitensiar müəssisələr bu problemi özləri həll etməyə çalışırlar. Məsələn, 4 saylı islah müəssisəsində ("qadın koloniyası") məhkumlar qismən əmək fəaliyyətinə cəlb olunublar (xalça toxuyurlar).

İdarə rəisinin qeyd etdiyi kimi, hazırda məhkumların əmək fəaliyyəti ilə bağlı yaranmış vəziyyət Ədliyyə Nazirliyini qane etmir. "Məhkumların işləməsi yaxşı olardı. Bu, onların reabilitasiyası və azad cəmiyyətə qayıtmasına müsbət təsir göstərir. Məhkumlar arasında az adam tapılar ki, işləməkdən və pul qazanmaqdan imtina etsin". Nazirlik bu əhəmiyyətli problemin həlli yollarını axtarmalıdır.

Xəbər lenti

Xəbər lenti