...

"Neftçi" futbol klubu "Karvan"ın qolkiperi ilə kontrakt imzalamaq niyyətindədir

Cəmiyyət Materials 9 Dekabr 2006 12:06 (UTC +04:00)

"Neftçi" futbol klubu qış transferi mərhələsində "Karvan"ın qolkiperi i Hüseyn Məhəmmədovla heyətini dəyişəcək.

Trend məlumat verir ki, "Vislı" Polşa komandasının qapısını qoruyan Ruslan Məcidovun əldə edilməsi ilə bağlı uğursuzluqlardan sonra bakılılar Yevlax klubunun əsas heyətdə nadir hallarda görünən futbolçusu ilə kontrakt bağlamaq niyyətindədir.

Əvəllər "Neftçi" üçün mübarizə aparmış H.Məhəmmədovun dəvət edilməsi ilə bərabər, kollektivdə bir legioner üçün vakansiya yaranacaq. Belə ki, hal-hazırda Birliyin Kubok sahibinin əsas qolkiperi serbiyalı Vladimir Miçoviçdir.

Qeyd edək ki, AFFA tərəfindən xaricilərlə bağlı limitin kəskinləşməsi ilə əlaqədar "Neftçi"nin ehtiyat skamyasında keçən il komandanın ən yaxşı snayperi olmuş Branimir Subaşiç gözləyir.

Xəbər lenti

Xəbər lenti