...

"Karvan" futbol klubu qış transfer pəncərəsində legionerlər almaq fikrində deyil

Cəmiyyət Materials 14 Dekabr 2006 12:47 (UTC +04:00)

"Karvn" klubu yaxın transfer pəncərəsində yalnız azərbaycanlı futbolçularla möhkəmlənmək niyyətindədir.

Trend bildirir ki, AFFA tərəfindən legionerlərə qarşı ciddi limit tətbiq edilməsi ilə bağlı komanda yerli yetirmələrə daha çox diqqət ayırmaq fikrindədir. Həmçinin nəzərə alınsa ki, eyni vaxtda meydanda üç legionerdən artıq ola bilməz, çox sayda əcnəbi oyunçunun saxlanılması özünü doğrultmur. "Karvan"da oynayan əcnəbi futbolçulara da tələbat böyükdür, ona görə çox güman ki, ən yaxın zamanda onlardan bəziləri başqa klublara keçəcək.

Xatırladaq ki, çempionatda yevlaxlıların vəziyyəti yaxşı deyil, baxmayaraq ki, bir vaxtlar kollektiv birincilikdə liderlik edirdi.

Xəbər lenti

Xəbər lenti