...

Azərbaycanın Qılıncoynatma Federasiyası prezidentinin kürsüsü boş qalıb

Cəmiyyət Materials 15 Dekabr 2006 17:00 (UTC +04:00)

Bir müddətliyə boşalmış Azərbaycanın Qılıncoynatma Federasiyası prezidentinin kürsüsü boş qalmaqda davam edir. Milli Federasiyanın vitse prezidenti Yaşar Məmmədovun Trend ə verdiyi məlumata görə, hazırda təşkilatın başçısı vəzifəsini icra edənlər hələ də məsələni həll etməyiblər. "Federasiya prezidenti seçkisinin vaxtı məlum deyil, çətin ki, seçki bu il keçirilsin. Ona görə də bütün ümidlər gələn mövsümə qalıb. Hələlik biz, necə deyərlər, havada qalmışıq və qılıncoynadanların və komandanın gələcəyi dumanlıdır"- deyə Y. Məmmədov qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Federasiyaya sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev rəhbərlik edib.

Xəbər lenti

Xəbər lenti