...

Azərbaycanın Gənclər və İdman Nazirliyinin kollegiyası ən yaxşı idmançıları müəyyən etdi

Cəmiyyət Materials 16 Dekabr 2006 12:10 (UTC +04:00)

Azərbaycanın Gənclər və İdman Nazirliyinin kollegiyası keçirdiyi iclasda ötən ilin laureatlarını artıq müəyyən edib.

Nazir müavini İsmayıl İsmayılovun Trend ə verdiyi məlumata görə, xüsusi iclasda ötən mövsümün ən güclü idmançı və məşqçiləri, eləcə də ən yaxşı komanda müəyyən edilb. Lakin o, dekabrın 26-da "Gülüstan" sarayında yaxşıların yaxşısının təltif edilməsi ilə bağlı mərasimi nəzərə alaraq əvvəlcədən ad çəkməkdən imtina edib: "Qoy adlar hələ sirr olaraq qalsın. Biz onları yalnız ayın 26-da bildirəcəyik, çox qalmayıb".

Mütəxəssislərin fikrincə, respublikanın ən yaxşı idmançısı tituluna Dünya və Avropa çempionatlarında qızıl medal qazanmış yunan-roma güləş növü üzrə döyüşçü Rövşən Bayramov layiq görüləcək.

Xəbər lenti

Xəbər lenti