...

Türkiyənin Geofizika cəmiyyəti azərbaycanlı alimin layihəsinin relizəsini dayandırıb

Cəmiyyət Materials 18 Dekabr 2006 11:34 (UTC +04:00)

Türkiyənin Geofizika cəmiyyəti azərbaycanlı alimin layihəsinin realizəsini dayandırıb. Bu barədə Türkiyənin Geofizika cəmiyyətinin fəxri prezidenti Əhmət Erçan bildirib.

Trend in Ankara müxbiri xəbər verir ki, Ə.Erçan İstanbul fövqəladə situasiyalar üzrə mərkəzin iclasında çıxış edərkən azərbaycanlı professor Kərim Kərimovun zəlzələdən 4-5 saat öncə fəlakət barədə xəbər verilməsi sisteminin yaradılması ilə bağlı layihəsinin realizəsinin dayandırılması barədə bildirib.

Ə.Erçanın sözlərinə görə, K.Kərimov Türkiyədən Azərbaycana yola düşdükdən sonra o, başqa azərbaycanlı alimlərlə məsləhətləşmələr aparıb və onlar təklif olunan layihənin reallığına şübhə ilə yanaşdıqlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti