...

Xırdalanda vəhşi təbiətin epidemioloji vəziyyətinə nəzarət üzrə laboratoriya açılıb

Cəmiyyət Materials 21 Dekabr 2006 16:32 (UTC +04:00)

Bu gün Xırdalanda vəhşi təbiətin epidemioloji vəziyyətinə nəzarət üzrə Azərbaycanda ilk laboratoriya açılıb. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin başçısı Gülşən Hüseynovanın Trend ə verdiyi məlumata görə, belə bir laboratoriyanın yaradılması üçün Nazirlər Kabinetinin yanında quş qripi üzrə yaradılmış komissiya həm Ekologiya Nazirliyinə, həm də Səhiyyə Nazirliyinə müəyyən məbləğ ayırıb. "Bu məbləğ laboratoriyanın yerinə yetirməli olduğu bu qədər iş üçün kifayət etmədiyindən, Ekologiya Nazirliyinin şəxsi vəsaitlərindən müasir aparat və komplekt vasitələrinin alınması üçün əlavə məbləğ ayrılıb. Laboratoriyada fauna üçün səciyyəvi olan hepatit, taksaplazmoz, brüselez, salmanelez, poleçum, quş qripi kimi bir çox xəstəliklər müəyyən olunacaq. Bundan başqa, laboratoriyada heyvanlar aləminin xəstəlikləri üzrə verilənlər bazası toplanacaq və tədqiqat işləri aparılacaq", - deyə o qeyd edib.

Laboratoriyada 5 kabinet var: sterilləşdirmə kabineti, nuklein turşularının hissələrə ayrılması üzrə kabinet, dezinfeksiya kabineti, ekstranskripsiya və amplekasiya kabineti, məhsulların bioanaliz və deteksiyasının (virusların aşkar edilməsi) həyata keçiriləcəyi kabinet.

Xəbər lenti

Xəbər lenti