...

Naxçıvan şəhərində Əl Oyunları İdman Sarayı inşa edilir

Cəmiyyət Materials 25 Dekabr 2006 15:00 (UTC +04:00)

Naxçıvan şəhərində, Naxçıvan Dövlət Universitetinin ərazisində Əl Oyunları idman sarayı inşa edilir. Trend in Naxçıvan bürosu xəbər verir ki, artıq obyektdə son tamamlama işləri həyata keçirilir.

Sifarişçisi adıçəkilən təhsil ocağı olan Əl Oyunları İdman sarayının inşası "Gəmiqaya" Tikinti Şirkəti tərəfindən aparılır. İdman Sarayı 5 sinif otağından, duş kabinələri və tamaşaçı zalından ibarət olacaq. Zalda 15 işıq lampasının quraşdırılması burada günün istənilən vaxtlarında məşqlərin aparılmasına imkan verəcək.

Hazırda həyətyanı sahədə işlər davam etdirilir. İş icraçısı İlyas Qasımovun sözlərinə görə, ərazidə həmçinin mini-futol stadionu yaradılıb. Bütövlükdə İdman sarayı Universitet daxilində idman yarışlarının keçirilməsinə imkan verəcək. Əl oyunları idman sarayının yaxın günlərdə istifadəyə veriləcəyi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti