...

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Moskvada mərasim keçiriləcək

Cəmiyyət Materials 26 Dekabr 2006 18:44 (UTC +04:00)

Moskva şəhərində dekabrın 27-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə tədbir keçiriləcək. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Tədbir Rusiyadakı Azərbaycanlı Gənclərin Koordinasiya Şurası və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun azərbaycanlı tələbə və məzunlarını birləşdirən Azərbaycan Klubunun birgə təşkilatçılığı ilə keçiriləcək. Toplantıda Həmrəylik Günü və yeni illə bərabər Azərbaycan Gənclərinin Koordinasiya Şurasının yaradılmasının 2 illiyi də qeyd olunacaq.

Moskva şəhərindəki "Krokus Siti Moll" ticarət mərkəzində yerləşən "Tabu" klubunda keçiriləcək tədbirin proqramına əsasən, mərasimdə Azərbaycan və Avropa musiqisi səsləndiriləcək, maraqlı, əyləncəli nömrələr nümayiş etdiriləcək. Biletlərin satışından əldə olunan vəsait Moskvadakı infeksion xəstəxanada yerləşdirilən azərbaycanlı azyaşlı Cavad Əzizovun müalicəsinə sərf olunacaq.

Xəbər lenti

Xəbər lenti