...

Azərbaycan idmançıları idmanın on yeddi növü üzrə Olimpiyaya vəsiqə qazanmaq uğrunda mübarizə aparacaqlar

Cəmiyyət Materials 27 Dekabr 2006 15:51 (UTC +04:00)

Azərbaycan idmançıları təxminən on yeddi növü üzrə Olimpiyaya vəsiqə qazanmaq uğrunda mübarizə aparmaq niyyətindədirlər.

Ölkənin gənclər və idman nazirinin müavini İsmayıl İsmayılovun Trend ə verdiyi xəbərə görə, artıq atletlərin Pekində 2008-ci il Olimpiya oyunlarında arzu etdiklərinə nail ola və respublikanı təmsil edə biləcəkləri növlər müəyyən olunub. "Bir hal xüsusilə sevindirir ki, bir sıra lisenziya startları məhz Bakıda keçiriləcək. Hər şeydən əvvəl, bu, sərbəst və yunan-Roma güləşi üzrə Dünya çempionatı, eləcə də cüdo üzrə Dünya kubokudur", - deyə o qeyd edib.

Qeyd etmək lazımdır ki, yerli idmançıların boks, cüdo, yunan-Roma və sərbəst güləş, bədii gimnastika, taekvando, stend və güllə atıcılığı və digər idman növlərinin proqramı üzrə Pekinə vəsiqə qazanmaq üçün real şansları var.

Xəbər lenti

Xəbər lenti