...

Müğənni Lalə Məmmədovanın gələn il iki diski və ilin əvvəlində yeni klipi işıq üzü görəcək

Cəmiyyət Materials 28 Dekabr 2006 11:53 (UTC +04:00)
Müğənni Lalə Məmmədovanın gələn il iki diski və ilin əvvəlində yeni klipi işıq üzü görəcək

Müğənni Lalə Məmmədovanın gələn il iki diski və ilin əvvəlində yeni klipi işıq üzü görəcək. Bu barədə Trend ə Lalə Məmmədova özü məlumat verib.

Müğənninin bildirdiyinə görə, hazırda yeni albomdan ibarət diski hazırlanır və 2007-ci ilin əvvəlində dinləyicilərin ixtiyarına veriləcək. Bu diskdə müğənninin özü üçün yazılmış bəstəkar mahnıları yer alacaq. Sənətçi həmin mahnılardan birinə klip çəkdirmək niyyətindədir. L.Məmmədova yeni klip və diskinə təqdimat mərasimi keçirərək media nümayəndələrini başına toplayacaq. Gələn ilin sonunda isə Lalə Məmmədovanın daha bir diski işıq üzü görəcək. Bu isə müğənninin Muğam Teatrı ilə birgə layihəsinin nəticəsi olacaq.

Lalə Məmmədova həmçinin yeni beynəlxalq layihədə iştirak edir. Belə ki, bəstəkar, professor Siyavuş Kəriminin rəhbərliyi ilə Azərbaycan və Latın Amerikası ölkələrinin mahnılarından ibarət yeni disk hazırlanır. Bu diskdə Lalə Məmmədovanın ifasında Azərbaycanın qədim xalq mahnısı olan "Sarı gəlin" də yer alacaq. Bu disk yaxın günlərdə İçvesdə çıxacaq və Avropanın 18 ölkəsində satışa çıxarılacaq. Fevral ayında Fransada əhali arasında sorğu keçiriləcək, bu disk barədə dinləyicilərin rəyi soruşulacaq.

Lalə Məmmədovanın yaradıcılıq planları bununla bitmir. Müğənni yay aylarında xarici ölkələrə qastrol səfərinə hazırlaşacaq.

Xəbər lenti

Xəbər lenti