...

Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə diaspor nümayəndələri Heydər Əliyevin məzarını ziyarət edəcək

Cəmiyyət Materials 28 Dekabr 2006 13:07 (UTC +04:00)

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun rəhbərliyi ilə xaricdən gəlmiş diaspor nümayəndələrimiz Azərbaycanın eks-prezidenti Heydər Əliyevin məzarını ziyarət edəcəklər. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Həmrəylik Günü, yeni il və Qurban bayramını Azərbaycanda qeyd etmək üçün müxtəlif ölkələrdə yaşayan soydaşlarımız vətənə gələcəklər. Xaricdəki diaspor təşkilatlarımızın rəhbərləri, ölkəmizə gələn qonaqlar Dövət Komitəsinin sədri Nazim İbrahimovla görüş keçirəcəklər. Sonra ümummili lider Heydər Əliyevin xatirəsinin yad edilməsi üçün Fəxri Xiyabanda məzarı ziyarət olunacaq.

Qeyd edək ki, Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci ildən bəri 31 dekabr həm də Dünya Azərbaycanlılarının birlik, həmrəylik günü kimi qeyd olunur.

Xəbər lenti

Xəbər lenti