...

Azərbaycan MOK-un vitse-prezidenti: İdmanda proqnoz mümkün deyil

Cəmiyyət Materials 29 Dekabr 2006 15:57 (UTC +04:00)

"Mən bu il Azərbaycan yığmasının Pekinə vəsiqə qazanmaması ilə bağlı tamamilə heç bir məyusluq hiss etmirəm". Bu barədə Trend ə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə idmanın atıcılıq növündə Olimpiadaya vəsiqə qazanmaq cəhdlərinin hələ uğursuz olduğunu şərh edərkən məlumat verib.

Misal kimi, Ç.Hüseynzadə Sidney Olimpiadasına seçimləri göstərib. O vaxt stendçi Zemfira Meftahətdinova son ana qədər lisenziyasız qalıb və wild-card sayəsində Olimpiadaya düşərək orada qalib gəlib. "Yəqin ki, əgər o, Olimpiadanın başlanmasından iki il əvvəl bilet alsaydı, belə nəticə nümayiş etdirə bilməzdi. Yəni son seçim turnirinə qədər o, Sidneyə düşmək uğrunda mübarizə aparıb və yarışa ən yaxşı formada başlayıb. Ona görə də idman elə bir fəaliyyət sahəsidir ki, orada proqnoz vermək mümkün deyil", - deyə Ç.Hüseynzadə vurğulayıb.

Xəbər lenti

Xəbər lenti