...

Yunan-roma güləşi üzrə Azərbaycan yığması mövsümlə bağlı planlarını müəyyən edir

Cəmiyyət Materials 8 Yanvar 2007 13:37 (UTC +04:00)

Yunan-roma güləşi üzrə Azərbaycan yığmasının məşqçi qərargahı yaxın mövsüm üçün komandanın planlarını hazırlayır.

Kollektivin rəhbəri Elçin Cəfərovun Trend ə bildirdiiynə görə, keçən həftə sonu İdman Sarayında başa çatmış ölkə çempionnatının bütün 28 qalibilə görüş keçiriləcək, nəticədə bu ilin yüksək yarışlarına hazırlıqla bağlı plan elan ediləcək.

E.Cəfərov bildirib: "Yaxın müddət ərzində bizim pəhlivanlar Moskvada üç turnirdə iştirak etməlidirlər. Ona görə idmançılarımızın beynəlxalq meydanda potensialını müəyyən etmək məqsədilə biz müəyyən edəcəyik ki, hansı uşaqlar bu turnirin hansı birində iştirak etsin. Həm də ki, mövsümün əsas tədbirinə - Bakıda dünya çempionatının keçirilməsinə elə də çox vaxt qalmayıb, cəmi 7 ay".

Xəbər lenti

Xəbər lenti