...

Vəkillər Kollegiyasının sədri Azər Tağıyev və vəkil İkram Şirinov Macarıstana gedib

Cəmiyyət Materials 15 Yanvar 2007 11:09 (UTC +04:00)

Yanvarın 14-də Azərbaycanın Vəkillər Kollegiyasının sədri Azər Tağıyevlə vəkil İkram Şirinov Macarıstana yola düşüblər. Bu barədə Trend ə VK-nın sədr müavini Fərhad Nəcəfov məlumat verib.

A.Tağıyev Macarıstana həmin ölkənin Vəkillər Kollegiyası ilə Azərbaycanın Vəkillər Kollegiyası arasında əlaqələrin yaradılması, İ.Şirinov isə həmin ölkədə mühakimə olunaraq ömürlük həbsə məhkum edilmiş Azərbaycanın Milli Ordusunun zabiti Ramil Səfərovla və onun macar vəkili ilə görüşmək məqsədi ilə gedib. Macar vəkili ilə A.Tağıyev də görüşəcək. Görüşdə Ramil Səfərovun Budapeşt şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixdə onun barəsində çıxardığı ömürlük cəza ilə bağlı hökmdən verdiyi apellyasiya şikayətinə dair məhkəməqabağı müzakirələr aparılacaq.

Qeyd edək ki, R.Səfərov erməni zabiti Qurgen Markaryanı öldümrəkdə təqsirləndirilib.

Xəbər lenti

Xəbər lenti