...

"Xəzər" futbol klubu BƏƏ-də toplanışını başa çatdırıb

Cəmiyyət Materials 18 Yanvar 2007 17:53 (UTC +04:00)

"Xəzər" futbol klubu Dubayda keçirilən təlim məşqt toplanışının birinci hissəsini başa çatdırıb.

Trend in verdiyi xəbərə görə, İraqın yığması ilə yoldaşlıq görüşünün ardınca, Vətənə dönməmişdən əvvəl, komanda yerli "Əl-xəddə" ilə sınaq oyunu keçirib, oyun 2:2 hesabı ilə başa çatıb. Dəqiq toplarla qızıl medala namizəd Azərbaycan çempionatının lider heyətində hücumçu Vüqar Nadirov, və legioner Robert İleş fərqlənib. Qeyd olunmalıdır ki, "Xəzər" ilk olaraq Belqradın "Partizan"ı ilə oynamağı planlaşdırıb, lakin son məqamda serblərin planı dəyişib.

Komanda Lənkəranda ikinci dövrəyə hazırlığıfnı davam etdirir, bundan sonra isə, o, yenidən ölkə birninciliyinin ikinci dövrəsinə hazırlıqların son mərhələsinin keçirildiyi BƏƏ-ə yollanacaq.

Xəbər lenti

Xəbər lenti