...

Məhkəmə Hacı Məmmədovun və banda üzvlərinin əmlaklarını da müsadirə edib

Cəmiyyət Materials 19 Yanvar 2007 16:50 (UTC +04:00)

Yanvarın 19-da Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsinin çıxardığı hökmlə DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun və onun başçılıq etdiyi bandanın üzvlərinin əmlakları da müsadirə olunub. Bu barədə Trend xəbər verir.

Məhkəmə Qusar rayonu ərazisində yerləşən və Hacı Məmmədova məxsus olan "Qarabulaq" İstirahət Mərkəzini, Saray qəsəbəsindəki villanı, Səbail rayonu ərazisində yerləşən mənzil üçün nəzərdə tutulan 123.000 ABŞ dollarını, Mərdəkandakı bağ evini, DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirovun Qusarda yerləşən bağ evini, DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş şöbə rəisi Kamil Sədrəddinovun bacısının və qızının adına olan və Buzovna qəsəbəsində yerləşən ümumilikdə 20 hektar torpaq sahəsini, Nizami Abdullayevə məxsus 4 hektar torpaq sahəsini, 1 mağazanı ("Amay" ticarət mərkəzində) və başqasının adına olan 2 mənzili, Nailə Quliyevaya məxsus olan 2 mağazanı ("Amay" ticarət mərkəzində), BMV markalı avtomobili, 3 otaqlı mənzil üçün nəzərdə tutulan 401 milyon manatı, Elçin Əliyevə məxsus olan və R.Behbudov küçəsində yerləşən 200 kv.m qeyri-yaşayış sahəsini, Q.Qarayev küçəsində yerləşən 300 kv.m qeyri-yaşayış sahəsini, Mərdəkanda olan 14 bağ evini (hər birisi 12 sot), Nərimanov və Xətai rayon ərazilərində tikilən iki mənzil üçün nəzərdə tutulan ümumilikdə 307 milyon manatı müsadirə edib.

Dəstənin digər üzvlərinə məxsus çoxsaylı mənzillər və avtomobillər də müsadirə olunub.

Xəbər lenti

Xəbər lenti