...

Moskvadakı "Bakı" kinoteatrında 20 Yanvar qətliamının 17-ci ildönümü qeyd olunur

Cəmiyyət Materials 20 Yanvar 2007 12:32 (UTC +04:00)

Ümumrusiya Azərbaycanlıları Konqresi və digər Azərbaycan diaspor təşkilatlarının nümayəndələri bu gün Moskva şəhərindəki "Bakı" kinoteatrına yığışaraq 20 Yanvar faciəsinin ildöünümü qeyd edirlər. Bu barədə Trend ə Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Moskva şəhər təşkilatının sədri İlqar Hacıyev məlumat verib.

Moskva şəhərində yaşayan azərbaycanlı ziyalılar, gənclər, diaspor təşkilatlarının nümayəndələri "Bakı" kinoteatrında 20 Yanvar dəhşətini xatırlayaraq Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhdilərimizin xatirəsini yad edirlər. 1990-cı il 20 yanvar gecəsində Bakıda törədilən qətliamı əks etdirən kadrlar nümayiş etdirilir, həmçinin şəhidlərin ruhuna ehsan verilir.

"SSRİ qoşunlarının dinc insanları qətlə yetirməsi, 70 il bir ittifaqda yaşadığımız dövlətin əsgərlərinin bizim xalqımızın, əliyalın insanların üstünə tanklarla getməsi heç vaxt yaddaşlardan silinməyəcək. 17 ildir bu hadisələr qeyd olunur və pislənilir. Amma eyni zamanda biz müstəqilliyimiz uğrunda ölümdən qorxmayan şəhidlərimizlə fəxr edirik"-deyə Azərbaycan diaspor nümayəndəsi vurğulayıb.

İ.Hacıyev bildirib ki, anım tədbirləri Sankt-Peterburq, Yekaterinburq, Novosibirks və digər böyük federal dairələrdə də təşkil olunur. Dünən - yanvarın 19-da isə Azərbaycanın Rusiyadakı səfirliyində ildönümlə əlaqədar elmi konfrans keçirilib. Dəyirmi masa ətrafında müzakirələrdə 20 Yanvar qətliamı haqqında, bu hadisənin mahiyyəti, səbəbləri barədə danışılıb.

Xəbər lenti

Xəbər lenti