Qrossmeyster Teymur Rəcəbov Veyk-An-Zeyedəki turnirdə liderliyi əldən verib
Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov Veyk-An-Zeyedə keçirilən superturnirdə liderlikdən məhrum olub.
Trend xəbər verir ki, şahmatçı səkkizinci turda ağ fiqurlarla oynayarkən Levon Aronyana məğlub olub. Görüş rəqibin üstünlüyü ilə keçib, Teymurun son ana qədər partiyanı xilas etmək üçün yol axtarmasına baxmayaraq, o, nəticədə məğlub olub.
T.Rəcəbovun müvəffəqiyyətsizliyindən bolqar Veselin Topalov istifadə edib və hindistanlı Vişvanatan Ananda qalib gəlib. İndi o, qələbəyə əsas iddiaçı hesab olunur. Teymur isə liderdən 0,5 xal geridə olmaqla, ikinci yerdə qərarlaşıb və hələ birinci yeri qazanmaq üçün şanslarını itirməyib. Bununla belə, yarışın kəskinləşməsini nəzərə alaraq, indi şahmatçı üçün hazırki vəziyyəti qorumaq daha vacibdir.
Xəbər lenti
Prezident İlham Əliyev: Qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir
Prezident İlham Əliyev: Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də
Prezident İlham Əliyev: May ayının sonuna qədər Ağdamın baş planının ilkin versiyası təqdim olunacaq