...

Prezident Aparatının şöbə müdiri ilin hüquqşünası və Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi isə ilin hakimi elan edilib

Cəmiyyət Materials 22 Yanvar 2007 14:24 (UTC +04:00)

Avrasiya Hüquqşünaslar Asossasiyası Azərbaycan Respublikası Prezidenti İcra Aparatının Hüquq-Mühafizə Orqanları İlə İş Şöbəsinin müdiri Fuad Ələsgərovu 2006-cı ilin hüquqşunası, Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi Xanlar Hacıyevi isə ilin hakimi elan edib. Bu barədə Trend ə Assosiasiyadan məlumat verilib.

İlin məhkəmə orqanı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Penitensiar sahədə islahat aparan ilin dövrət qurumu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti olub. İlin hüquq müdafiəçisi nominasiyası üzrə 4 qalib müəyyən edilib. Bunlar Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfərova, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qəniyev və Azərbaycan İnsan Hüquqları Mərkəzinin direktoru Eldar Zeynalovdur.

Hüquq islahatlarının həyata keçirilməsində göstərdiyi xidmətlərə görə ilin beynəlxalq təşkilatı GTZ, ilin elmi tədqiqat institutu Azərbaycan Respublikası Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutu, ilin hüquq maarifçisi Avropa Şurasıının Azərbaycandakı İnformasiya Ofisi, ilin hüquq maarifləndirmə internet səhifəsi isə Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının və Azərbaycan Respublikası Ali Məhkəməsinin internet səhifələri seçiliblər.

Xəbər lenti

Xəbər lenti