...

Qrossmeyster Teymur Rəcəbov Veyk-An-Zeyedə Veselin Topalovu izləməkdə davam edir

Cəmiyyət Materials 25 Yanvar 2007 14:09 (UTC +04:00)

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov Veyk-An-Zeyedəki superturnirdə ilk üçlükdə yer tutmaq uğrunda mübarizə aparmaqda davam edir.

Trend xəbər verir ki, onuncu turda ağ fiqurlarla oynayan şahmatçı rusiyalı Pyotr Svidlerlə sülh bağlayıb. Partiya kifayət qədər tez başa çatıb və sonda Teymurun aktivində 6,5 xal olub. Yarışın lideri Veselin Topalov isə norveçli Maqnus Karlsenə qalib gəldiyindən artıq Teymurdan bir xal irəlidədir.

Vişvanatan Anand ukraynalı Sergey Karyakini təslim olmağa vadar edərək, ardıcıl olaraq ikinci qələbəni qazanıb. Eyni zamanda Aleksandr Motılyov - Vladimir Kramnik, Lyuk Van Veli - Levon Aronyan, Aleksey Şirov - Ruslan Ponomaryov, eləcə də Sergey Tivyakov - David Navara partiyaları heç-heçə ilə başa çatıb.

Xəbər lenti

Xəbər lenti