...

Qrossmeyster Teymur Rəcəbov Veyk-An-Zee turnirinin liderindən onu ayıran məsafəni qısaldıb

Cəmiyyət Materials 27 Yanvar 2007 11:50 (UTC +04:00)

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov Veyk-An-Zee turnirinin lideri Veselin Topalavdan yarım xal geriləməni qısaldıb.

Trend in verdiyi məlumat əsasən, on birinci turun çərçivəsində yerli şaxmatçı dünya çempionu Vladimir Kramniklə oyunu heç-heçə başa vurub. Bu nəticəyə görə Teymur yeddi xal toplaya bilib, Ukraynadan olan Sergey Karyakinə qalib gəlmiş erməni Levon Aronyanın,V. Topalova mat qoyan rusiyalı Pyotr Svidlerin də aktivində bu qədər xal var.

Lakin uğursuzluq turnirin qalibi olmağa heç də pis şansı olmayan bolqara turnir cədvəlində öndə getməyə mane olmayıb.

On birinci turnirin digər oyunlarına gəlincə, David Navara Aleksandr Motılyovla heç-heçə, Ruslan Ponomaryov Sergey Tiyakovla sülh bağlayıb, Vişvanatan Anand xallarını Aleksey Şirovla bölüb, Maqnus Karlsen və Lyuk Van Veli isə həmçinin dostcasına ayrılıb.

Xəbər lenti

Xəbər lenti