...

Səfir: "Fevralın 1-də İran teleradio yayım şirkətinin sədri Azərbaycana gələcək"

Cəmiyyət Materials 29 Yanvar 2007 19:07 (UTC +04:00)

Fevralın 1-də İran tele-radio yayım şirkətinin sədri İzətulla Zərgəmi Azərbaycana gələcək. Trend in verdiyi xəbərə görə, bu barədə İranın Azərbaycandakı səfiri Əfşar Süleymani ilə məlumat verib.

O, qeyd edib ki, bu şirkət İranın 40 tele-radio kanalını birləşdirir. Bu sahədə bir neçə min adam çalışır. Tele radio yayım Şirkətinin sədrini İranın ali lideri təyin edir. O, həmçinin nazirlər kabinetinin üzvüdür.

Səfir deyib ki, İ. Zərgəmi Azərbaycan Rabitə və İnformasiya texnologiyaları naziri Əli Abbasovun dəvəti ilə gəir. Səfər zamanı Azərbaycan tele-radio şirkətlərində bir sıra görüşlər planlaşdırılır. Ə. Süleymani həmçinin bir sıra sənədlərin imzalanmasını da istisna etməyib. O, bəyan edib ki, İran komitə sədrinin Azərbaycana səfərinin əsas məqsədi ikitərəfli əlaqələri möhkəmləndirmək, həmçinin informasiya texnologiyaları sahəsində əməkdaşlıq üzrə texniki əlaqələri müzakirə etməkdir.

Xəbər lenti

Xəbər lenti