...

"Xəzər" futbol klubunun baş məşqçisi pressinqə diqqət yetirir

Cəmiyyət Materials 30 Yanvar 2007 15:04 (UTC +04:00)

"Dubayda növbəti toplanışda biz pressinq kimi mühüm faktora diqqəti artıracağıq". Bu barədə Trend ə "Xəzər" in baş məşqçisi Ağasəlim Mircavadov futbol üzrə ölkə çempionatının ikinci dövrəsinin astanasında deyib.

Onun sözlərinə görə, oyunçuların funksional hazırlığını artırmaq, futbolçuların sürətini nəzərə alaraq, cinahlardan hərəkəti yaxşılaşdırmaq lazımdır. Uşaqlar yaxşı bilirlər ki, məşq qərargahı onlardan nə tələb edir və "Xəzər"in qarşısına hansı məqsədlər qoyulub. Yəni, hər kəs meydanda öz yerini bilir. Bununla belə oyunun bəzi aspektlərini yaxşılaşdırmaq üçün vaxt lazəmdər ki, heç olmasa oyunu müdafiədə qurasan",-deyə A. Mircavadov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti