...

Qrossmeyster Teymur Rəcəbov Eduard Dubov reytinqində öz mövqeyini yaxşılaşdırıb

Cəmiyyət Materials 30 Yanvar 2007 15:37 (UTC +04:00)

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov İsveçrə sistemi üzrə FİDE Komissiyasının üzvü Eduard Dubovun reytinqində öz mövqeyini yaxşılaşdırıb.

Trend xəbər verir ki, Veyk-An-Zeyedəki superturnirdəki qələbə sayəsində şahmatçı ukraynalı Vasili İvançuk, rusiyalı Pyotr Svidleri, İsraildən olan Boris Qelfandı , ingilis Maykl Adamsı, Macarıstandan olan Yudit Polqarı və bir çox digər məşhur şahmatçıları qabaqlayaraq, səkkizinci yerə qalxıb. Eyni zamanda Şəhriyar Məmmədyarov doqquzuncu mövqedə yerləşib, lakin mövsümün əvvəli olduğunu nəzərə alaraq, hələ yüksələ bilər.

Eyni zamanda reytinqin lideri beynəlxalq karyerasını başa vurmuş Qarri Kasparovdur. O, hələ bolqar Veselin Topalov və Hindistandan olan Vişvanatan Anandı qabaqlayır.

Xəbər lenti

Xəbər lenti