...

MQİBİ-nin keçmiş rəis müavini 8, Təchizat Bazasının sabiq rəisi isə 12 il müddətinə azadlıqdan məhrum edilib

Cəmiyyət Materials 31 Yanvar 2007 16:36 (UTC +04:00)

Yanvarın 31-də Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsinin hökmü ilə mənimməsə və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən (ACDİÜM) Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin keçmiş rəis müavini Gülməmməd Məmmədov 8, İntendant və Təchizat Bazasının sabiq rəisi Cavanşir Cabbarov isə 12 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə Trend xəbər verir.

Məhkəmə həmçinin MQİBİ-nin digər 22 keçmiş əməkdaşını da müxtəlif müddətlərə azadlıqdan məhrumetmə və şərti cəzalara məhkum edib.

Məhkəmə müəyyən edib ki, bu şəxslər cəzaçəkmə müəssisələri üçün ayrılmış dərman və ərzaqları mənimsəyiblər. Məhkəmə yolu ilə müəyyən edilib ki, bu mənimsəmə 17 cəzaçəkmə müəssisəsində baş verib.

Qeyd edək ki, məhkəmə iclasına 2006-cı ilin avqust ayında start verilmişdi və məhkəmə iclasına hakim Eynulla Vəliyev sədrlik edirdi.

Müttəhimlərin əksəriyyəti məhkəmə ifadələrində özlərini təqsirli bilmədiklərini söyləyiblər.

Xəbər lenti

Xəbər lenti