...

Mətbuat Şurası ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi jurnalistlər üçün silsilə seminarlara başlayır

Cəmiyyət Materials 12 Fevral 2007 14:00 (UTC +04:00)

Azərbaycan Mətbuat Şurası ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi jurnalistlər üçün dini mövzuda silsilə seminarlara başlayırlar. Bu barədə Trend ə Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib.

İlk seminar fevralın 21-də Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək. Seminarda dini mövzularda yazan jurnalistlər işirak edəcək, onlar üçün tanınmış din xadimləri, alimlər məruzə edəcək, bu sahədə öz təcrübələrini və fikirlərini bölüşəcək, KİV əməkdaşlarının suallarını cavablandırılacaqlar.

"Mətbuat Şurasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi ötən konfransda qərara gəlindi ki, dini mövzuda yazan jurnaistlər üçün kurslar təşkil edilsin. Çünki çox zaman KİV-lərdə yoxlanmamış, qeyri-dəqiq, mübahisəli məlumatlar gedir. Ona görə də KİV əməkdaşları üçün silsilə seminarlar təşkil olunacaq"-deyə Ə.Amaşov qeyd edib.

Xəbər lenti

Xəbər lenti