Azərbaycanın Gənclər və İdman Nazirliyinin binasında dördüncü mərtəbənin ucaldılması ilə bağlı təmir işləri başa çatıb.
Trend xəbər verir ki, binanın son mərtəbəsində nazir Azad Rəhimov, onun yaxın köməkçiləri və mətbuat xidməti daxil olmaqla idarənin bütün rəhbər heyəti yerləşdirilib.
Üçüncü mərtəbədə nazir müavini İsmayıl İsmayılov başda olmaqla və müxtəlif komitə nümayəndələri daxil olmaqla idarənin bütün idman şöbəsi yerləşdirilib.
Qeyd edilməlidir ki, dördüncü mərtəbənin ucaldılmasına hələ keçən il başlanıb və bu, Nazirliyin hazırkı aparatının genişləndirilməsi, eləcə də antidopinq və futbol üzrə yeni yaradılmış və artıq uğurla fəaliyyət göstərən komitələrlə bağlı olub.