...

Millət vəkili Gülər Əhmədova: "Əli İnsanov nazir olanda məndən başqa heç kim onun yol verdiyi qanunsuzluqlardan danışmırdı"

Cəmiyyət Materials 16 Fevral 2007 19:06 (UTC +04:00)

"Əli İnsanov səhiyyə naziri olanda məndən başqa heç kim onun yol verdiyi qanunsuzluqlardan danışmırdı." Trend in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında millət vəkili Gülər Əhmədova bildirib.

G.Əhmədova deyib ki, indi Əli İnsanov haqqında danışmaq istəmir. Çünki Ə.İnsanov məhkəmə altındadır.

"İndi hamı Əli İnsanovdan danışır. Amma mən hələ Əli İnsanov nazir işləyəndə onun işindən narazı olduğumu həm özünə, həm də mətbuatda demişəm", -deyə millət vəkili vurğulayıb.

Xəbər lenti

Xəbər lenti