...

Azərbaycan və Belorus ali məktəb diplomlarının qarşılıqlı tanınması məsələsini müzakirə edəcək

Cəmiyyət Materials 17 Fevral 2007 13:21 (UTC +04:00)

Azərbaycan və Belorus ali məktəb diplomlarının qarşılıqlı tanınması məsələsini müzakirə edəcək. Azərbaycan Təhsil Nazirliyindən Trend ə bildiriblər ki, iki ölkə arasında əməkdaşlıq Azərbaycan prezidentinin Belorusa rəsmi səfəri zamanı imzalanmış təhsil nazirlikləri arasında əməkdaşlığa dair razılaşma çərçivəsində həyata keçiriləcək.

Sənəd iki ölkənin ali müəssisələri arasında birbaşa əlaqələrin yaradılmasını, tələbə və müəllim mübadiləsini nəzərdə tutur. Nazirlikdən onu da bildiriblər ki, Azərbaycan və Belorus birgə elmi tədqiqatların aparılmasında da əməkdaşlıq edəcəklər.

Xəbər lenti

Xəbər lenti