...

Azərbaycan İntertoto Kubokunda təmsil olunacaq

Cəmiyyət Materials 20 Fevral 2007 13:18 (UTC +04:00)

Azərbaycan iyunda start götürəcək növbəti İntertoto Kubokunda təmsil olunacaq.

AFFA-nın yarışların keçirilməsi üzrə Departamentinin başçısı Məlik Həsənovun Trend ə verdiyi xəbərə görə, bu Avropa Kubokunda respublikaya yalnız bir yerin verildiyini nəzərə alaraq, komandanın adı yalnız ölkə çempionatı başa çatdıqdan sonra məlum olacaq. UEFA-nın açıqladığı cədvələ əsasən, Azərbaycanın nümayəndəsi, Danimarka, Macarıstan, Xorvatiya, İsveç, Slovakiya, Kipr, Sloveniya, Gürcüstan, Litva, Makedoniya və bir çox başqa ölkələr kimi, birinci raunddan yarışda mübarizəyə başlayacaq.

Qeyd etmək lazımdır ki, bu turnir UEFA Kubokuna keçiddir və İntertoto Kubokunun ən yaxşı klubları daha nüfuzlu yarışın əsas raunduna vəsiqə qazanırlar.

Xəbər lenti

Xəbər lenti