...

Futbol üzrə Azərbaycan yığmasının Avropa çempionatına çıxmaq üçün yaxşı şansları var

Cəmiyyət Materials 23 Fevral 2007 16:56 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend Z.Səfərov/Futzal üzrə Azərbaycan yığmasının Avropa çempionatına çıxmaq üçün yaxşı şansları var.

Hollandiyada start götürmüş seçim turunun birinci matçında komanda qitə futzalı dəbinin əsas qanunvericilərindən biri olan meydan sahiblərindən xal ala bilib. Lakin qonaqlar rəqibə qələbə qazanmağa imkan verməyib və görüş oyunçularımızı qane edən heç-heçə (4:4) hesabı ilə başa çatıb.

Eyni zamanda digər yarış qrupunda serblər şimallıların qapısına altı cavabsız top vuraraq altqrupda liderliyi əldə edən Finlyandiyanın müdafiəsində daşı daş üstünə qoymayıb. Bununla yaanşı, Azərbaycan yığması növbəti matçı məhz serblərə qarşı keçirəcək və bu matçın nəticəsindən bir çox şey asılı olacaq.

Xəbər lenti

Xəbər lenti