...

Azərbaycan Gənclər və İdman Nazirliyi Antidopinq konfransının çağırılmasına təşəbbüs göstərib

Cəmiyyət Materials 24 Fevral 2007 13:45 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend Z.Səfərov/Azərbaycanın Antidopinq konvensiyasına sürətli qoşulması imkanı martın 3-də "Hyatt Regency" mehmanxanasında keçiriləcək xüsusi konfransda müzakirə olunacaq.

Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat katibi Raqif Abbasovun məlumatına əsasən, məsələnin müzakirəsində bu nazirlik rəhbəri Azad Rəhimov, həmçinin XİN, Səhiyyə Nazirliyi, Milli Məclis nümayəndələri və digər mütəxəssislər iştirak edəcək. "Biz Antidopinq Konvensiyasına qoşulmaqda olduqca maraqlıyıq və bu istiqamətdə ilk addım artıq atılıb. İndi bu sənədi Milli Məclisdə təsdiq etmək lazımdır", deyə R.Abbasov qeyd edib.

O, həmçinin vurğulayıb ki, bundan belə Ümumdünya Antidopinq Agentliyinin ( WADA ), təşəbbüsü olan konvensiyaya qoşulmaq respublikada dünya və Avropa çempionatı kimi nüfuzlu yarışların keçirilməsi üçün zəruri şərtdir.

Xəbər lenti

Xəbər lenti