...

Moda Azerbaijan – 2007 sərgisində yeddi xarici dövlətin nümayəndələrinin iştirakı gözlənilir

Cəmiyyət Materials 27 Fevral 2007 16:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.Babayeva/ Iteca Caspian LLC sərgi mövsümü (Azərbaycanda beynəlxalq sərgilərin təşkilatçısı) martın 6-dan 8-dək Qrand Otel Avropada keçiriləcək "Moda və Aksessuarlar" (Moda Azerbaijan 2007) birinci Azərbaycan beynəlxalq sərgisi ilə açılacaq.

Layihənin meneceri Rəna Abutalıbovanın çərşənbə axşamı verdiyi xəbərə görə, sərgidə Fransa, İtaliya, Almaniya, Böyük Britaniya, Hindistan, Bolqarıstan, Rusiya və Estoniya nümayəndələri iştirak edəcək.

Sərgi hazır geyim, ayaqqabı, zərgərlik məmulatları və aksessuarların istehsalçıları, moda sənayesinin inkişafında maraqlı olan iş adamlarına yönəlib.

Sərginin əsas bölmələri aşağıdakılardır:

Qadın/kişi/uşaq geyimi;

Trikotaj və toxuculuq məmulatları;

Dəri və xəz məmulatları;

Alt paltar və çimərlik modası;

İdman geyimi;

Toy paltarı;

Xüsusi geyim;

Aksessuarlar;

Zərgərlik məmulatları;

Çantalar, əlcəklər;

Baş geyimləri;

Qadın/kişi/uşaq/idman/model/gündəlik ayaqqabı.

Tədbirin keçirilməsinə rəsmi dəstəyi Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi, Azərbaycanın Ticarət-sənaye palatası, Azərbaycan Sahibkarlar Konfederasiyası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) göstərir.

R.Abutalıbovanın sözlərinə görə, sərginin rəsmi açılışında, o cümlədən Ticarət-sənaye palatasının vitse-prezidenti Mehman Əhmədovun və AZPROMO-nun prezidenti Emil Məcidovun iştirakı gözlənilir.

Xəbər lenti

Xəbər lenti